Azərbaycanda pərakəndə ticarət dövriyyəsi cüzi artıb

Günün Ən Son Xəbərləri 2021-07-24 04:50:51
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi cüzi artıb

Bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 240,6 milyon manatlıq, o cümlədən 8 milyard 381,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 milyard 859,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 % artıb, qeyri-ərzaq malları üzrə isə 1,9 % azalıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla

2020-ci ilin yanvar-may aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 15 240,6 100,3
o cümlədən:
ərzaq məhsulları 7 537,6 102,4
içkilər və tütün məmulatları 843,6 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 2 152,6 97,2
elektrik malları və mebellər 762,3 90,0
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 107,5 106,3
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 353,9 134,4
avtomobil benzini və dizel yanacağı 967,2 102,2
digər qeyri-ərzaq malları 2 515,9 96,2

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5 %-i ərzaq məhsullarının, 5,5 %-i içkilər və tütün məmulatlarının, 14,1 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-may aylarında istehlak mallarının dəyər ifadəsində 27,7 %-i ticarət müəssisələri, 48,9 %-i fərdi sahibkarlar tərəfindən, 23,4 %-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,4 % artıb, fərdi sahibkarlar üzrə 0,9 %, bazar və yarmarkalarda 12,7 % azalıb

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 304,6 manatlıq, o cümlədən 167,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 137,1 manatlıq qeyri-ərzaq malları alıb


Əlavə Edilib: 10 ?yun , 2021,12:20 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş