Almaniyada atışma olub, xəsarət alanlar var

Günün Ən Son Xəbərləri 2021-07-24 06:02:41
Almaniyada atışma olub, xəsarət alanlar var

Almaniyanın paytaxtı Berlində atışma olub.

“Report” xəbər verir ki, bu barədə “Bild” bildirib.

Məlumata görə, insident Veddinq rayonu yaxınlığında, Mitte dairəsində baş verib.

Qeyd edilir ki, atışma zamanı 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs qaçaraq gizlənib.

İnsidentin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Araşdırmalara başlanılıb.


Əlavə Edilib: 21 ?yun , 2021,06:43 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş