"Yuventus"un futbolçusu Bakıdakı ilk oyunda iştirak edəcəkmi?

Günün Ən Son Xəbərləri 2021-06-22 02:22:58

İtaliyanın "Yuventus" klubundan Uels yığmasına çağırılan və uzun müddətdir zədə səbəbindən oynamayan Aaron Remzinin son durumu açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə millinin baş məşqçisi Robert Peyc Bakıda İsveçrə ilə keçirəcəkləri oyundan əvvəl mətbuat konfrasında bildirib.

47 yaşlı mütəxəssis Remzi ilə bağlı hansısa problemin olmadığını açıqlayıb: "Dünən Aaron, planlandığı kimi, fərdi şəkildə məşq etdi. O, İsveçrə ilə matç üçün bizim planlarımıza daxil idi, indi də heç nə dəyişməyib. Dünən özünü yaxşı hiss etdiyini söylədi. Bu isə komandamız üçün yaxşı xəbərdir".

Qeyd edək ki, Uels millisi Avropa çempionatında ilk oyununu sabah Bakı Olimpiya Stadionunda (BOS) İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

BOS həmçinin A qrupunun Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.


Əlavə Edilib: 11 ?yun , 2021,16:51 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş