Yevlaxda karantin qaydalarının pozulduğu restoranlar aşkarlanıb

Günün Ən Son Xəbərləri 2021-07-25 12:45:27
Yevlaxda karantin qaydalarının pozulduğu restoranlar aşkarlanıb

Yevlaxda karantin qaydalarının pozulduğu restoranlar aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlamalar zamanı “Ərəş” və “Turan” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.


Əlavə Edilib: 21 ?yul , 2021,15:25 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş