Xəzərdə batan gəncin meyiti tapılıb

Günün Ən Son Xəbərləri 2021-06-22 12:54:25
Xəzərdə batan gəncin meyiti tapılıb

Xəzər dənizində batan Salyan rayon sakininin meyiti tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Xamis Füzuli oğlunun meyiti sahildə aşkar edilib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, X.Xəlilov ötən gün balıq tutmaq məqsədi ilə motorlu qayıqla dənizə çıxmışdı.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 10 ?yun , 2021,10:11 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş