Xətaidə 80 yaşlı qoca yol qəzasında xəsarət aldı

Günün Ən Son Xəbərləri 2021-08-06 01:35:07
Xətaidə 80 yaşlı qoca yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1941-ci il təvəllüdlü Əliyev Binnət İbrahim oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.


Əlavə Edilib: 21 ?yul , 2021,08:10 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş