Xalq artisti Arif Babayev müalicə üçün təcili Türkiyəyə aparılıb

Günün Ən Son Xəbərləri 2021-06-23 14:48:31
Xalq artisti Arif Babayev müalicə üçün təcili Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev səhhətində yaranan problemlərlə əlaqədar təcili olaraq Türkiyəyə aparılıb.

“Report”un əldə etdiyi məlumata görə, həkimlər Arif Babayevin Türkiyədə müalicə olunmasını məsləhət görüblər.

Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.

A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.


Əlavə Edilib: 9 ?yun , 2021,23:24 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş