Xaçmaz sakini dəm qazından boğulub

Günün Ən Son Xəbərləri 2021-03-06 01:57:53
Xaçmaz sakini dəm qazından boğulub

Xaçmazda yerli sakin hamamda ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yaşayan Məhərrəm Rəhmanov hamamda çimərkən dünyasını dəyişib. M.Rəhmanovun dəm qazından boğularaq öldüyü ehtimal edilir.

Onun meyiti ekspertiza edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 7 Yanvar , 2021,01:17 • Oxunub: 2

Sosial Şəbəkələrdə Paylaş