Vladimir Fedotov: "Keşlə"nin qapıçısı futbol qəhrəmanlığı göstərdi"

Günün Ən Son Xəbərləri 2021-07-24 06:00:23
Vladimir Fedotov:

"Oyunun əvvəlləri gərgin keçdi. Rəqib güzəştə getmək istəmirdi. Sonradan təzyiqi artırdıq və standart vəziyyətdən ilk qolu vurduq. Bundan sonra vəziyyət lehimizə dəyişdi".

"Report"un məlumatına görə, bu fikirləri Rusiyanın "Soçi" klubunun baş məşqçisi Vladimir Fedotov evdə "Keşlə"ni 3:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis Bakı klubunun heyətində moldovalı qapıçı Stanislav Namaşkonu fərqləndirib: "Rəqibin qolkiperi əla oynadı. Hesabın daha da böyüməsinə imkan vermədi. Belə demək mümkünsə, möcüzə gerçəkləşdirdi, futbol qəhrəmanlığı göstərdi".

Fedotov cavab oyununa daha ciddi hazırlaşacaqlarını vurğulayıb: "Həmin matça hələ 1 həftə var. Ciddi hazırlaşacağıq. Son vuruşlar üzərində işləyəcəyik".

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda olacaq.


Əlavə Edilib: 22 ?yul , 2021,22:24 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş