Vətən müharibəsinin iştirak­çısı olmuş bir qrup sərhədçi ehtiyata buraxıldı

Günün Ən Son Xəbərləri 2021-07-25 12:41:44
Vətən müharibəsinin iştirak­çısı olmuş bir qrup sərhədçi ehtiyata buraxıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən Müharibəsinin iştirak­çısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­larının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hər bir sərhədçinin Azərbaycan Respubli­kasının Prezi­den­ti, Azərbaycan tarixinin ən böyük sərkər­dəsi İlham Əliye­vin Müzəffər Ali Baş Koman­danlığı altında möhtəşəm Zəfəri gerçək etmiş Azərbaycan Si­lahlı Qüvvələrinin qalib əsgəri olması ilə, müqəddəs tor­paqları­mızın azad olun­ma­sında işğalçı düş­mən qüv­və­lərinə qar­şı şərəflə döyüş­məsi ilə, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət apar­ması ilə qürur duymasını xüsusi vurğulayıb.

DSX-nin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən Müharibəsində böyük rəşadət və qəhrəmanlıqla vuruşmaları, Ali Baş Komandan, Vətən və Dövlət qarşı­sında vəzifələrini əzm və fədakarlıqla icra etmələri, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunub.


Əlavə Edilib: 20 ?yul , 2021,14:18 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş