Vaşinqtonda partlayıcı qurğu zərərsizləşdirildi

Günün Ən Son Xəbərləri 2021-03-06 14:49:25
Vaşinqtonda partlayıcı qurğu zərərsizləşdirildi

Vaşinqtonda ABŞ-ın Respublikaçılar Partiyasının Milli komitəsinin binasında partlayıcı qurğu aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti bildirib.

Qeyd edilir ki, partlayıcı qurğu zərərsizləşdirilib.

Məlumata görə, şübhəli predmetin aşkar edilməsi ilə əlaqədar demokratların yaxınlıqdakı qərargahında təxliyə işləri görülüb.

Nəşr qeyd edib ki, hər iki partiyanın ofisi Kapitoli yaxınlığında yerləşir.


Əlavə Edilib: 7 Yanvar , 2021,02:00 • Oxunub: 2

Sosial Şəbəkələrdə Paylaş