ÜST-ün regional direktoru Azərbaycana payızda gələcək

Günün Ən Son Xəbərləri 2021-06-22 12:46:58
ÜST-ün regional direktoru Azərbaycana payızda gələcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge payızda Azərbaycana səfər edəcək.

Bu barədə “Report”a ÜST-ün Azərbaycandakı ofisinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, artıq Hans Klügenin Bakıya səfərinə hazırlıqlar başlayıb. Qeyd olunub ki, səfərin dəqiq tarixi və proqramı barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, ötən həftə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı təşkilatın Avropa Regional Bürosunun direktorunun regiona səfər edəcəyini bildirib.


Əlavə Edilib: 10 ?yun , 2021,10:25 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş