“Union Kredit” BOKT-un zərəri 3 dəfə artıb

Günün Ən Son Xəbərləri 2021-06-22 02:56:03
“Union Kredit” BOKT-un zərəri 3 dəfə artıb

“Union Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 230 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 3 dəfə çoxdur.

Bu il yanvarın 1-nə “Union Kredit”in aktivləri 211 min manat olub ki, bu da illik müqayisədə 43,3% azdır. Bunun 103 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un krredit portfeli 32,7% kiçilib.

Hesabat dövründə “Union Kredit”in öhdəlikləri 50,4% artaraq 209 min manata çatıb, balans kapitalı isə 99,4% azalaraq 1 min manata düşüb.

Xatırladaq ki, “Union Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır.


Əlavə Edilib: 11 ?yun , 2021,09:30 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş