UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin səlahiyyət müddəti başa çatıb

Günün Ən Son Xəbərləri 2021-06-23 16:46:42
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin səlahiyyət müddəti başa çatıb

BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinin səlahiyyət müddəti başa çatıb.

“Report” xəbər verir ki, bunu o, feysbuk səhifəsində yazıb.

E.Karvardin Azərbaycanda beş il fəaliyyət göstərib.

O, tezliklə UNICEF-in Koreya Xalq Demokratik Respublikasındakı (Şimali Koreya) nümayəndəsi kimi yeni vəzifəsinin icrasına başlayacağını bildirib: “Bu ötən illər ərzində Azərbaycanda xidmət etməkdən şərəf və qürur hissi duyuram. Bilirəm ki, şəraitdən asılı olaraq daha çox şey edə biləcəyim anlar da olub. Həmçinin, bu ölkənin hər yerində yaşayan uşaqlar və gənclər üçün başa çatdırılmayan işlər də qalır ki, onları tamamlamaq imkanına malik olmağı arzu edərdim.

Lakin ümid edirəm ki, mənim UNICEF-dəki möhtəşəm komandamın və Hökumət, vətəndaş cəmiyyəti və icmalardakı əzmkar tərəfdaşlarımızın səyləri sayəsində, ötən beş il ərzində biz birlikdə uşaqların və ailələrin həyatlarını yaxşılaşdırmağa və onlar üçün imkanları artırmağa kömək etmişik”.

E.Karvardin bu gün Bakıda son iş gününün olduğunu bildirib: “2016-cı ildən bəri mənim evim olan bu ölkədəki son günlərimdən həzz almaq və burdakı fəaliyyət müddətimə rəng qatmış çoxsaylı insanlarla vidalaşmaq üçün daha bir neçə həftə Azərbaycanda qalacağam. Hələlik isə, gördüyüm işləri səxavətlə izləmiş hər birinizə mənə göstərdiyiniz dəstəyə və ən əsası, Azərbaycanın uşaqları və gəncləri üçün nümayiş etdirdiyiniz qətiyyətə görə minnətdarlığımı bildirirəm.

Burdakı işlərimi yekunlaşdırmağa hazırlaşarkən, daha da əmin oluram ki, bu millətin gələcəyini Azərbaycanın ən böyük sərvəti olan və sərmayə qoya biləcəyimiz ən vacib istiqaməti təşkil edən uşaqlar formalaşdıracaq və həll edəcək. Bir daha mehribanlığınız üçün hamınıza təşəkkür edirəm”.


Əlavə Edilib: 11 ?yun , 2021,09:27 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş