Uelsli futbolçu: "Bakıda hava istidir, amma dözmək olar"

Günün Ən Son Xəbərləri 2021-06-23 15:21:27
Uelsli futbolçu:

Avropa çempionatının qrup mərhələsində iki oyununu Bakıda keçirəcək Uels yığması Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti məşqinə çıxıb.

"Report" "Southwalesargus" nəşrinə istinadən xəbər verir ki, arenada Britaniya təmsilçisinin şərəfinə pankartlar, afişalar və komanda üçün şüarlar yerləşdirilib.

Bütün futbolçuların İsveçrə ilə qarşılaşmadan öncə yaxşı əhval-ruhiyyədə olduqları bildirilib.

Uels yığmasının üzvü Ris Norrinqton-Deyvis havanın isti olduğunu deyib: "Temperatur yüksəkdir. Lakin dözmək olar. Məşq meydanı oteldən cəmi 10 dəqiqəlik məsafədədir".

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.


Əlavə Edilib: 10 ?yun , 2021,10:04 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş