UEFA Ukraynadan siyaşi şüarları formasından çıxarmağı tələb etdi

Günün Ən Son Xəbərləri 2021-06-22 02:53:53
UEFA Ukraynadan siyaşi şüarları formasından çıxarmağı tələb etdi

Futbol üzrə Ukrayna millisinin Avropa çempionatı üçün hazırlanmış formaları dəyişdiriləcək.

"Report" xəbər verir ki, UEFA bununla bağlı Ukrayna Futbol Assosiasiyasına göstəriş verib. Qurumdan siyasi şüarları formasından çıxarması tələb olunub.

Formaların üzərində Krımın Ukrayna ərazisi kimi göstərilməsi və "Слава Украине!", "Героям Слава!" ("Yaşasın Ukrayna! Qəhrəmanlara eşq olsun!") şüarlarının yer alması Rusiyanın narazılığına səbəb olmuşdu.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda keçiriləcək. Rusiya millisi Belçika, Danimarka və Finlandiya ilə birlikdə B qrupunda, Ukrayna yığması isə Niderland, Avstriya və Şimali Makedoniya ilə birlikdə C qrupunda mübarizə aparacaq.


Əlavə Edilib: 10 ?yun , 2021,13:11 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş