Üçtərəfli bəyanatın icrası - “Zəngəzur dəhlizi” ilə bölgəyə gələcək sülh - ŞƏRH

Günün Ən Son Xəbərləri 2021-07-24 05:54:47
Üçtərəfli bəyanatın icrası - “Zəngəzur dəhlizi” ilə bölgəyə gələcək sülh - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfərinin əhəmiyyətli tərəflərindən biri 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəs barədə bəyanatın icra vəziyyətinin müzakirəsidir. Prezident İlham Əliyev Rusiyanın dövlət başıçısı Vladimir Putinlə görüşdə bu məsələyə diqqəti çəkərək bildirib: “Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

“Zəngəzur dəhlizi” ilə bağlı məsələ də dövlət liderlərinin müzakirə etdikləri başlıca mövzu olub. Bəyanatın 9-cu maddəsində bildirilib: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Ancaq təəssüf ki, Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan 8 ay əvvəl imzaladığı sənədin bu maddəsini təhrif edərək bildirib ki, guya rəsmi Bakı Ermənistan-Gürcüstan-Azərbaycan-Rusiya dəmiryolunun açılmasından imtina edib.


Əlavə Edilib: 21 ?yul , 2021,15:44 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş