Tramp heç vaxt seçkilərdəki məğlubiyyətini etiraf etməyəcəyini bildirib

Günün Ən Son Xəbərləri 2021-05-07 23:52:53
Tramp heç vaxt seçkilərdəki məğlubiyyətini etiraf etməyəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, heç vaxt seçkilərdəki məğlubiyyətini qəbul etməyəcək.

“Report” xəbər verir ki, Ağ Ev rəhbəri bunu Vaşinqtonda tərəfdarları qarşısında çıxışında deyib.

"Biz heç vaxt təslim olmayacağıq, biz heç vaxt məğlubiyyəti qəbul etməyəcəyik", - Vaşinqtonda on minlərlə tərəfdarı qarşısında çıxış edən Tramp deyib.

Çərşənbə günü Konqres prezident seçkilərinin nəticələrini təsdiq etməlidir. Rəsmi məlumatlara görə, seçkilərdə Trampın rəqibi, demokrat Co Bayden qalib gəlib.

ABŞ-da prezident seçkiləri ötən il noyabrın 3-də keçirilib.


Əlavə Edilib: 6 Yanvar , 2021,21:17 • Oxunub: 6

Sosial Şəbəkələrdə Paylaş