Tokio-2020: Taekvonduçularımızın ilk rəqibləri müəyyənləşdi

Günün Ən Son Xəbərləri 2021-07-25 14:13:29
Tokio-2020: Taekvonduçularımızın ilk rəqibləri müəyyənləşdi

Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan taekvonduçularının ilk rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsindəki Milad Beigi Hərçəqani ilk olaraq Çin-Taybeyini təmsil edən Vei-Ting Liu ilə üz-üzə gələcək.

Qadın taekvondoçu Fəridə Əzizova isə Paige Mcphersonla (ABŞ) görüşəcək.

Taekvonda yarışlarına iyulun 24-də start veriləcək. Hər iki idmançı mübarizəyə iyulun 26-da başlayacaq.

Qeyd edək ki, Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.


Əlavə Edilib: 22 ?yul , 2021,13:04 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş