Tokio-2020: Koronavirusa yoluxanların sayı artdı

Günün Ən Son Xəbərləri 2021-08-06 02:11:08
Tokio-2020: Koronavirusa yoluxanların sayı artdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

"Report" Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 8 nəfərin testi müsbət çıxıb.

Onlardan 6-sı olimpiadanın işçiləri, digəri idmançı, başqa biri isə Olimpiya kəndində yaşayan əcnəbi vətəndaşdır. İyulun 1-dən Tokio-2020-də 80-ə yaxın koronavirusa yoluxma qeydə alınıb.

Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.


Əlavə Edilib: 21 ?yul , 2021,10:01 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş