Tokio-2020: Braziliyalı futbolçu tarixə düşdü

Günün Ən Son Xəbərləri 2021-07-25 12:30:15
Tokio-2020: Braziliyalı futbolçu tarixə düşdü

Qadınlardan ibarət Braziliya millisinin futbolçusu Marta da Silva Tokio-2020 Yay Olimpiya Oyunlarında yeni uğura imza atıb.

"Report"un məlumatına görə, 35 yaşlı hücumçu buna F qrupunda Çini 5:0 hesabı ilə məğlub etdikləri matçda nail olub.

9 və 74-cü dəqiqələrdə fərqlənən forvard ardıcıl 5 olimpiadada qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Marta da Silva 2004, 2008, 2012 və 2016-cı illərdəki yarışlarda da rəqib qapılarına yol tapıb.


Əlavə Edilib: 21 ?yul , 2021,14:52 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş