Tbilisidə daha bir körpə koronavirusdan ölüb

Günün Ən Son Xəbərləri 2021-08-06 00:27:54
Tbilisidə daha bir körpə koronavirusdan ölüb

Tbilisidə Tsitsişvili uşaq xəstəxanasında daha bir körpə koronavirusdan vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, ikiaylıq uşaq ağır vəziyyətdə iyulun 1-də Abxaziyadan Tbilisiyə çatdırılmışdı.

Xəstəxanada müalicə alan COVID-19 diaqnozlu digər körpənin vəziyyəti yaxşılaşıb.

Qeyd edək, iyulun 16-da Tsitsişvili klinikasında koronavirusun alfa ştammına yoluxan üçhəftəlik uşaq ölüb.


Əlavə Edilib: 20 ?yul , 2021,12:01 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş