Suriyada partlayış zamanı Rusiya hərbçisi həlak olub, yaralılar var

Günün Ən Son Xəbərləri 2021-06-23 16:38:27
Suriyada partlayış zamanı Rusiya hərbçisi həlak olub, yaralılar var

Suriyanın Haseke əyalətində zirehli avtomobilin partladılması nəticəsində Rusiyanın 1 hərbi qulluqçusu həlak olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, naməlum partlayıcı qurğu vasitəsilə törədilən partlayış zamanı həmçinin daha 3 hərbçi yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.


Əlavə Edilib: 9 ?yun , 2021,23:05 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş