"Sumqayıt" klubu kapitanı ilə müqaviləni uzatdı

Günün Ən Son Xəbərləri 2021-06-23 14:52:07

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk olaraq kapitanla müqaviləni yeniləyib. Belə ki, Vurğun Hüseynov növbəti mövsümdə də komandamızda çıxış edəcək.

Qeyd edək ki, Vurğun Hüseynov “Sumqayıt” FK-nın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda komandamızda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Vurğun həmçinin Azərbaycanın U-21 və “A” millilərində də çıxış edib.


Əlavə Edilib: 10 ?yun , 2021,17:17 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş