"Sumqayıt" futbolçusu ilə müqaviləni uzatdı

Günün Ən Son Xəbərləri 2021-06-23 16:47:01

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib.

"Report"un məlumatına görə, təcrübəli yarımmüdafiəçi Elvin Məmmədov növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Sumqayıt”ın heyətində ümumilikdə 33 oyun keçirən Elvin Məmmədov 2 dəfə qol vurmağa nail olub. E.Məmmədov həmçinin Azərbaycanın U-21 və əsas millilərində də çıxış edib.


Əlavə Edilib: 11 ?yun , 2021,13:28 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş