Səudiyyə Ərəbistanı iyul ayında Asiyadakı alıcıları neftlə tam həcmdə təmin edəcək

Günün Ən Son Xəbərləri 2021-06-22 03:41:47
Səudiyyə Ərəbistanı iyul ayında Asiyadakı alıcıları neftlə tam həcmdə təmin edəcək

Səudiyyə Ərəbistanı iyul ayında Asiya alıcılarına xam neft tədarükünü tam həcmdə həyata keçirəcək.

“Report” xəbər verir ki, bu barədə “Reuters” beş sənaye mənbəyinə istinadən məlumat verib.

Aprel ayında OPEC+ may və iyul aylarında qlobal bazarlara tədarükü tədricən artırmağa qərar verib. Bu qərar qrupun iyun ayındakı nazirlər sammitində təsdiqlənib.

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” məsələ ilə bağlıReuters”ə heç bir şərh verməyib.


Əlavə Edilib: 11 ?yun , 2021,19:51 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş