Karantin dövründə çağırışçıların və ordudan tərxis olunanların hərəkətinə bu halda icazə veriləcək

Günün Ən Son Xəbərləri 2021-03-07 18:25:56
Karantin dövründə çağırışçıların və ordudan tərxis olunanların hərəkətinə bu halda icazə veriləcək

Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərara dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, sərtləşdirilmiş karantin rejimində hərbi xidmətçilərin hərəkətini tənzimləmək üçün qərara əlavə olunub.

Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqəsi və ya tibbi müayinədən keçmək üçün göndərişi əsasında, hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol verilir.


Əlavə Edilib: 24 Dekabr , 2020,19:24 • Oxunub: 8

Sosial Şəbəkələrdə Paylaş