Şəkidə "İnkassator" və "VAZ" toqquşub, xəsarət alanlar var

Günün Ən Son Xəbərləri 2021-08-06 01:26:43
Şəkidə

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "İnkassator" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 19 ?yul , 2021,18:50 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş