Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Günün Ən Son Xəbərləri 2021-08-06 01:00:47
Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Şəki rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Şəki avtomobil yolunun Şəkinin Oradan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki istiqamətində hərəkətdə olan Bakı şəhər sakini Eldəniz Xudayarovun idarə etdiyi "Mitsubishi Outlander" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə Bakı sakinləri Arzu və Səbinə Məlikovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşiriliblər.

Hadisəyə səbəb kimi yolun asfalt örtüyünün və yol nişanlarının olmaması göstərilir.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 19 ?yul , 2021,23:49 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş