Səfir: "Azərbaycan tezliklə İranla birlikdə traktor istehsal edəcək"

Günün Ən Son Xəbərləri 2021-06-22 03:26:53
Səfir:

"Bu gün Bakıda keçirilən “Caspian Agro” və “InterFood Azerbaijan" sərgilərində iştirak etdim, buradakı İran şirkətlərinə baş çəkdim".

“Report” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" sosial şəbəkəsindəki hesabında bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycan tezliklə İranla birlikdə traktor istehsal edəcək, bundan başqa ölkəsinin şirkətləri işğaldan azad edilmiş torpaqlarda əkinçilik sahəsində fəal iştirak edəcək.

Xatırladaq ki, rəsmi Bakı və Tehran İqtisadiyyat Nazirliyinin Neftçala Sənaye Məhəlləsində traktor istehsalının təşkil edilməsi məsələsini 2016-cı ildən müzakirə edir.


Əlavə Edilib: 11 ?yun , 2021,17:33 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş