Samur-Abşeron kanalında 23 yaşlı gənc boğulub

Günün Ən Son Xəbərləri 2021-07-24 05:33:10
Samur-Abşeron kanalında 23 yaşlı gənc boğulub

Samur-Abşeron su kanalında 23 yaşlı gənc boğulub.

"Report" bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Əlavə Edilib: 21 ?yul , 2021,12:54 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş