Samir Abasov: "Artıq özümüzə gəlməyə başlamışıq"

Günün Ən Son Xəbərləri 2021-07-24 04:32:10
Samir Abasov:

"Artıq meydana girəndən rəqibin böyüklüyü əzəməti görünür. Sabah hansı komandaya qarşı oynayacağımız bəllidir".

"Report"un Afinaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, komandasını çətin oyun gözləyir: "Çox təcrübəli və heyətində səviyyəli futbolçular olan komandaya qarşı oynayacağıq. Eyni zamanda rahatıq. Biz ilk mərhələdən fərqli olaraq, özümüzə gəlməyə başlamışıq. Belə qarşılaşmalar bizə formaya düşməkdə yardımçı olur. Uzun müddətdir Çempionlar Liqasından kənarda qalmışdıq. Belə rəqiblə oyun bizim üçün yaxşı təcrübə toplayacağıq. İki oyundan ibarət cütdür. Sabahkı oyunun hansı ssenaridə keçəcəyi bəllidir. Psixoloji durumumuz həddindən artıq yerində olmalıdır".


Əlavə Edilib: 20 ?yul , 2021,22:34 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş