Salyanda yolu keçən gənci avtomobil vurub

Günün Ən Son Xəbərləri 2021-07-25 14:07:01
Salyanda yolu keçən gənci avtomobil vurub

Salyan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin X.R Ulutürk prospektində qeydə alınıb.

Salyan şəhər sakini, 2000-ci il təvəllüdlü Cavadova Rahidə Vasif qızı yolu keçən zaman avtomobil vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 21 ?yul , 2021,08:26 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş