Salyanda gənc qız sirkə turşusu içib

Günün Ən Son Xəbərləri 2021-03-06 14:23:34
Salyanda gənc qız sirkə turşusu içib

Salyan sakini sirkə turşusundan zəhərlənib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Salyan şəhərinin Nazim Babayev küçəsi 5 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 2002-ci il təvəllüdlü Axundova Nərmin Taleh qızı stolun üstündəki sirkə turşusunu içib. Yaxınları onu dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər tərəfindən görülmüş profilaktik tədbirlər nəticəsində gənc qızın həyatını xilas etmək mümkün olub.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 6 Yanvar , 2021,23:33 • Oxunub: 3

Sosial Şəbəkələrdə Paylaş