Salyanda gənc oğlanı avtomobil vurdu

Günün Ən Son Xəbərləri 2021-07-24 05:48:22
Salyanda gənc oğlanı avtomobil vurdu

Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bədəlov Əmrah Heydər oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona bədəninin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 21 ?yul , 2021,07:14 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş