Şahmar Möhsümov: "Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb"

Günün Ən Son Xəbərləri 2021-06-22 10:55:38
Şahmar Möhsümov:

"Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, orada müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub: "Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".


Əlavə Edilib: 16 Yanvar , 2021,12:29 • Oxunub: 6

Sosial Şəbəkələrdə Paylaş