Şabranda ata oğlunu bıçaqla yaralayıb

Günün Ən Son Xəbərləri 2021-07-25 12:28:22
Şabranda ata oğlunu bıçaqla yaralayıb

Şabran rayonunda ailədaxili münaqişə baş verib, ata oğlunu yaralayıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Qaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Mahir Elçin oğlu Şərifov sol qolunun kəsilməsi şikayəti ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. O bildirib ki, ailədaxili münaqişə zamanı atasının atdığı bıçaq onun əlini kəsib. Ona xəstəxanada sol said sümüyü iç tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, yarası sarındıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 21 ?yul , 2021,13:36 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş