Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var

Günün Ən Son Xəbərləri 2021-08-06 01:03:03
Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Cavad küçəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Saatlı rayonunun Novruzlu kənd sakini, 1983-cü il təvəllüdlü Cavadova Günay Əlamətdin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla ağlı araşdırma aparılır.


Əlavə Edilib: 21 ?yul , 2021,19:38 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş