Saatlıda yol qəzası olub, xəsarət alan var

Günün Ən Son Xəbərləri 2021-08-06 00:45:03
Saatlıda yol qəzası olub, xəsarət alan var

Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Cəfərxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Cəfərxan kənd sakini, 1995-ci il təvəllüdlü Süleymanov Rəsul Süleyman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 22 ?yul , 2021,22:33 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş