Saatlıda 27 yaşlı gənc oğlan yol qəzasında xəsarət aldı

Günün Ən Son Xəbərləri 2021-06-22 11:59:56
Saatlıda 27 yaşlı gənc oğlan yol qəzasında xəsarət aldı

Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Bəhramtəpə magistral yolunun rayonun Qıraqlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Mehdiyev Cabir Musa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 10 ?yun , 2021,22:50 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş