Rusiyada son sutkada 590 nəfər pandemiyanın qurbanı olub

Günün Ən Son Xəbərləri 2021-03-02 23:34:05
Rusiyada son sutkada 590 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son bir gündə daha 24 092 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 544 623 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 590 nəfər artaraq 65 085-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 936 991 nəfər sağalıb.


Əlavə Edilib: 16 Yanvar , 2021,12:12 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş