Rusiya səfiri: "Azərbaycanın BMT-də gördüyü işləri çox yüksək qiymətləndiririk" - MÜSAHİBƏ

Günün Ən Son Xəbərləri 2021-06-22 12:05:06
Rusiya səfiri:

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəsinin dövlət bayramı olan 12 iyun - Rusiya Günü münasibətilə Reportun suallarını cavablandırıb.

- Bütün dünya üçün heç də asan olmayan il ərzində Azərbaycan-Rusiya münasibətlərinin inkişafı nə səviyyədə olub?

- Koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlərə baxmayaraq, münasibətlərimiz sürətlə inkişaf edib. İlk növbədə, siyasi münasibətlər son dərəcə yüksək səviyyədədir. Qeyd etdiyiniz dövr ərzində prezidentlərimiz arasında sıx əlaqə, ünsiyyət davam edib. Bundan başqa, iqtisadi əlaqələr də inkişaf etməkdədir. Ötən il pandemiya ilə əlaqədar məhdudiyyətlər səbəbindən ölkələrimiz arasında mal dövriyyəsi bir qədər azalsa da, hazırda onun artımı ilə bağlı ümidlər var. Bu ilin birinci rübünün göstəriciləri də ümidvericidir.

İl ərzində yüksək səviyyəli əlaqələr baxımından xeyli vacib hadisələr baş verib. May ayında Baş nazir Əli Əsədov Moskvada rəsmi səfərdə olub. Milli Məclisin Sədri xanım Sahibə Qafarova MDB PA-da iştirak etmək üçün aprel ayında Rusiyaya səfər edib və orada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk iki dəfə - yanvar və aprel aylarında Bakıda olub. Xarici İşlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfər edib və nazir Lavrovla ayrıca görüşüb. XİN rəhbəri Sergey Lavrov özü də may ayında Bakıya səfər edib.

İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın mayın 19-da baş tutmuş iclasını da qeyd etmək istərdim.

Bütün bunlar göstərir ki, qeyd olunan dövr ərzində ikitərəfli münasibətlərin inkişafında dayanma olmayıb və biz bütün çətinlikləri arxada qoymağı bacarırıq.


Əlavə Edilib: 11 ?yun , 2021,16:22 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş