Rusiya azad edilmiş torpaqların bərpasında iştirak edə bilər

Günün Ən Son Xəbərləri 2021-06-22 10:47:33
Rusiya azad edilmiş torpaqların bərpasında iştirak edə bilər

Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirak etməyə hazırdır.

Bunu “Report”-a müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“Bölgələrdə yaşayışın bərpasına gəlincə, təbii ki, Rusiya şirkətlərinin bu işlərə hansı mərhələdə, hansı formada qoşula biləcəyinə dair Azərbaycan tərəfinin təkliflərilə məmnuniyyətlə tanış olardıq. Bildiyimiz kimi, Azərbaycan hökuməti konkret rayonların, o cümlədən Ağdam rayonunun bərpasına dair planlar üzərində çalışır. Bunun ardından başqa rayonların də bərpasına dair plan və proqramlar hazırlanmalıdır. Bu prosesə qoşulmaqda maraqlıyıq” – deyə diplomat qeyd edib.


Əlavə Edilib: 11 ?yun , 2021,13:17 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş