Rəşad Nəbiyev: "Rəqəmsal transformasiya sahəsində Türkiyə təcrübəsinə marağımız var"

Günün Ən Son Xəbərləri 2021-06-22 11:12:44
Rəşad Nəbiyev:

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal transformasiya ofisinin sədr müavini Yavuz Emir Beyribeylə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir özünün tvitter hesabında məlumat paylaşıb.

"Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal transformasiya ofisinin sədr müavini Yavuz Emir Beyribeylə görüşdük.​ Rəqəmsal transformasiya sahəsində müzakirələr apardıq. Bu istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsinə xüsusi maraq göstərdiyimizi bildirdim", - nazir qeyd edib.


Əlavə Edilib: 11 ?yun , 2021,18:25 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş