“Report”un üç əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub

Günün Ən Son Xəbərləri 2021-07-24 04:37:05
“Report”un üç əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub

Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin qaliblərini açıqlayıb.

“Report”un məlumatına görə, qaliblər aşağıdakı kimi müəyyənləşib:

“Ən yaxşı reportaj” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı bədii publisistika” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı ictimai-siyasi təhlil” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı sosial-iqtisadi təhlil” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı müsahibə” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı mədəniyyət materialı” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı idman reportajı və ya təhlili” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı köşə yazısı” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı jurnalist” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı oçerk” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı ictimai-siyasi reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı iqtisadi reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı sosial reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı mədəniyyət reportajı” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı idman reportajı” nominasiyası üzrə 2 nəfər qalib olub.

Qaliblər arasında “Report”un üç əməkdaşı da var. Belə ki, “Ən yaxşı sosial-iqtisadi təhlil” nominasiyası üzrə Tural İbadlı, “Ən yaxşı müsahibə” nominasiyası üzrə Elşən Məmmədov, “Ən yaxşı mədəniyyət materialı” nominasiyası üzrə isə Aynur Bayramova qalib olub.


Əlavə Edilib: 22 ?yul , 2021,20:32 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş