"Real Madrid"in kapitanı ağrıkəsicilər vasitəsi ilə oynayıb

Günün Ən Son Xəbərləri 2021-03-06 16:12:42

İspaniyanın "Real Madrid" klubunun kapitanı Serxio Ramos zədələnib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçinin sol dizində problem aşkarlanıb.

Təcrübəli futbolçu ölkə superkubokunun yarımfinalda “Atletik”ə 1:2 hesabı ilə uduzduqları matçda ağrıkəsici vasitəsi ilə oynayıb.

Tibbi müayinədən sonra Ramosun zədəsinin nə dərəcədə ciddi olduğu müəyyənləşəcək.

Qeyd edək ki, Serxio Ramos 2020/2021 mövsümündə "Real Madrid" forması ilə 18 matçda iştirak edib. O, 3 qol və 1 məhsuldar ötərmə ilə yadda qalıb.


Əlavə Edilib: 16 Yanvar , 2021,12:00 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş