Qubanın Xınalıq kəndində 16 qəzalı ev bərpa ediləcək

Günün Ən Son Xəbərləri 2021-07-25 13:26:38
Qubanın Xınalıq kəndində 16 qəzalı ev bərpa ediləcək

Dövlət Turizm Agentliyi Quba rayonunun Xınalıq kəndinə yerləşən eyni adlı Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda 16 qəzalı evin təmiri və bərpası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Star Construktion-12” QSC-dir.

Qalib şirkətə 1,183 milyon manat ödəniləcək.


Əlavə Edilib: 22 ?yul , 2021,15:49 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş