Qobu qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib

Günün Ən Son Xəbərləri 2021-06-23 15:41:53
Qobu qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1992-ci il təvəllüdlü Qasımov Yaqub Yüsif oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 11 ?yun , 2021,05:53 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş