Qırğız Respublikasında prezident seçkilərinin nəticələri açıqlandı

Günün Ən Son Xəbərləri 2021-05-07 22:40:26
Qırğız Respublikasında prezident seçkilərinin nəticələri açıqlandı

Qırğız Respublikasında keçirilən erkən prezident seçkilərində keçmiş baş nazir Sədir Japarov qalib gəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrinin 100 faizinə aid məlumatlara əsasən, açıqladığı ilkin nəticələrə görə S.Japarov səslərin 79,23 faizini, yəni 1,1 milyonadək seçicinin səsini qazanıb. İkinci yerdə müxalifətdəki Bütün Qırğızıstan Partiyasının sədri Adaxan Mədümərov isə 95 min səs (6,5 faiz) toplayıb.

Qeyd edək ki, yanvarın 10-da keçirilən prezident seçkiləri və ölkənin idarəçilik formasına dair referendumda seçicilərin 40 faizi iştirak edib. Referendum iştirakçılarının 84 faizi prezident idarəçiliyinin, 11 faizə yaxını parlament sisteminin lehinə rəy bildirib.

Rəsmi nəticələrin yanvarın 24-dək açıqlanacağı bildirilir.


Əlavə Edilib: 16 Yanvar , 2021,12:30 • Oxunub: 5

Sosial Şəbəkələrdə Paylaş