"Qarabağ" təlim-məşq toplanışına legionerlərsiz başladı

Günün Ən Son Xəbərləri 2021-06-23 05:36:06

"Qarabağ" Premyer Liqada 2020/2021 mövsümünün ikinci yarısının hazırlıqlarına start verib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qış toplanışının ilk məşqində yerli futbolçular və əvəzedici heyətin bir neçə üzvü iştirak edib.

İsinmə hərəkətlərinin ardından futbolçular taktiki çalışmaları yerinə yetirib.

"Qarabağ" komandasının üzvləri koronavirus testindən keçib və bütün nəticələr neqativ çıxıb.


Əlavə Edilib: 6 Yanvar , 2021,19:42 • Oxunub: 7

Sosial Şəbəkələrdə Paylaş